Polis qüvvələri Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin Yekan Kəhriz kəndindən olan 39 yaşlı Əkbər Əhmədini güllələyərək öldürüb.
AzerTimes xəbər verir ki, bu barədə yerli insan haqları fəalları məlumat yayıb.
Əkbər Əhmədinin borclu olduğuna görə axtarışda olduğu, polislərin onun evinə basqın etdiyi zaman qaçmaq istədiyi üçün öldürüldüyü bildirilib.
Yerli sosial media kanalları bu barədə xəbəri dərc etsələr də, bir neçə saat sonra polis və məhkəmə sisteminin təhdidləri nəticəsində onu siliblər.