İyulun 24-ü axşam saatlarında Sistan və Bəlucistan əyalətinin Nikşəhr şəhərinin Cahan kəndində polis qüvvələri iki sünni məzhəbli etnik bəlucu güllələyib.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları hərəkətdə olan minik avtomobilinə atəş açıb, nəticədə avtomobilin iki sərnişini yerindəcə həlak olub.
İnsan haqları təşkilatlarının hesabatına görə, son 1 il ərzində hökumət qüvvələri tərəfindən güllələnən 540 nəfərdən 129-u həlak olub.