İran polisi etnik bəluçu döyərək öldürdü

İran polisi etnik bəluçu döyərək öldürdü

İranda etnik bəluçların yaşadığı Zahidan şəhərində gənc həkim İbrahim Rigi polis bölməsində döyülərək öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumatda fevralın 23-də polis tərəfindən saxlanılaraq bölməyə aparılan gənc həkimin işgəncə altında həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, İbrahim Rigi oktyabr ayında etiraz aksiyalarına qoşulduğu üçün həbs edilmiş və yanvarın 1-də girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.

Teqlər: