Sistan və Bəlucistan əyalətinin Hirmənd bölgəsinin Kəndu kəndi yaxınlığında polis qüvvələri 4 nəfəri güllələyib.
AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Atəş nəticəsində Məhəmməd Sarani, Qulam Sarani adlı iki qardaş ölüb, qardaşlardan digəri – Nəbi Sarani və yoldan keçən Nəzir Rəxşani adlı gənc qadın isə ağır yaralanıb.
Hadisənin səbəbi barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.