İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək

Yaxın həftələrdə İran parlamentinin üzvləri Azərbaycana səfər
edəcək.

AzerTimes-ın məlumatına görə,
bunu İran parlamentinin deputatı Qulamrza Mərhəba bu gün İranın
Gilan vilayətində jurnalistlərə açıqlamasında deyib.

Q.Mərhəbanın sözlərinə görə, Azərbaycan və İran arasında
ikitərəfli əlaqələrin gücləndirilməsi İran Xarici İşlər
Nazirliyinin əsas prioritetlərindən olmalıdır.

O bildirib ki, İran və Azərbaycan çox uzun birgə su və quru
sərhədə malikdir. Bu sərhədlər iqtisadi inkişafa kömək edə
bilər.

“İki ölkənin parlament əlaqələrinin möhkəmləndirilməsi əhəmiyyət
daşıyır. Bu məqsədlə gələn həftələdə İranın yüksək səviyyəli
parlament heyəti Bakıya səfər edəcək”, – Q.Mərhəba deyib.

Teqlər: