İran parlamenti Xəzəryanı dövlətlərlə ticarət konvensiyasını təsdiqləyib

Xəbər - Elnur Bağışov – Trend:

İran parlamenti bu gün Xəzəryanı dövlətlərlə iqtisadi və ticarət razılaşması (konvensiyası) layihəsini təsdiqləyib.

Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib.

Məlumata görə, 162 deputat layihənin lehinə, 7-si əleyhinə səs verib. 7 deputat bitərəf qalıb.

Teqlər: