İran ordusunun şəxsi heyətindən aksiyalara dəstək

İran ordusunun şəxsi heyətindən aksiyalara dəstək

İran ordusunun şəxsi heyəti hökumət əleyhinə keçirilən ümumxalq etirazlarına dəstək verir.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib.

Qeyd olunub ki, İran xalqının ümummilli qiyamının davamında ölkənin bir neçə ordu zabiti etirazçılara dəstək verdiklərini açıqlayıb və polis qüvvələri, xüsusi təyinatlılar, Bəsic və SEPAH tərəfindən xalqa qarşı repressiyaları tənqid ediblər.

İran ordusunun zabiti, “təyyarələrə texniki xidmət” üzrə mütəxəssis olan kapitan Səccad Əskəri videomüraciət yayımlayıb və İran İslam Respublikasının polis qüvvələrinin komandanı Hüseyn Əştəriyə müraciət edərək bildirib ki, o, və döyüş yoldaşları haqlarını tələb etmək üçün son nəfəsinə qədər xalqın yanında olacaqlar.

Teqlər: