İran ordusunun daha iki hərbçisi həlak oldu

İran ordusunun daha iki hərbçisi həlak oldu

Dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə edilən silahlı hücumda yaralanan daha iki zabit həyatını itirib.

AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, Məhəmməd Əkbəri və Seyid Məhəmməd Bagir müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Bununla da rəsmi məlumata görə, silahlı hücum qurbanlarının sayı 14 nəfərə çatıb.

Qeyd edək ki, hücumun məsuliyyətini etnik bəlucların “Ceyşül Ədl” silahlı qruplaşması öz üzərinə götürüb.

Teqlər: