İran parlamentinin 12-ci çağırış deputatı, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, siyasətçi İran hakimiyyətinin İsrailə və ABŞ-ın İraqdakı bazasına hücumundan sonra belə qənaətə gəlib.
“Görünür, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə, ondan əvvəl isə İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi”, – deyə o bildirib.