İran nüvə sazişi üzrə danışıqlarda fikir ayrılıqlarının azaldığını açıqlayıb

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində öhdəliklərə qarşılıqlı sadiqliyə qayıtmaq üzrə Vyana danışıqlarının iştirakçıları arasında fikir ayrılıqları nəzərəçarpacaq dərəcədə azalıb.

Trend xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini və danışıqlarda nümayəndə heyətinin rəhbəri Əli Baqeri Kani deyib.


Onun sözlərinə görə, qarşılıqlı razılaşmaların işlənməısi prosesində bütün çətinliklərə baxmayaraq, geriyə sayım başlayıb. Məsləhətləşmələrdə iştirak edənlərin əksəriyyəti yekun razılaşmaya doğru irəliləyişi qeyd edir. Razılaşma əldə olunarsa, 2015-ci il JPSA ilə bağlı razılaşmanı pozan ABŞ bütün sanksiyaları ləğv etməli, və müvafiq yoxlamadan sonra İranın bu müqavilə üzrə öhdəlikləri yerinə yetiriləcək.