İranın yeni hakimiyyəti Birgə Hərtərəfli Fəaliyyəti Planının bərpası ilə bağlı Vyanada danışıqları yenidən başlamasına hazır olub-olmadığını hələ açıqlamayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkda mətbuat konfransı zamanı bildirib.
E.Blinken deyib: “İran hələ də Vyanadakı danışıqlara qayıtmağına razılıq verməyib”.
Dövlət katibi əlavə edib ki, ABŞ öz növbəsində bu danışıqlara hazırdır, lakin bu hazırlığın zamanla məhdudlaşacağını bir daha xəbərdar edib.