İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əli Xəzərian Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı fikir bildirib.
AzerTimes xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.
“Mən 16 nəfərlik nümayəndə heyəti ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatı adından Azərbaycan parlamentinə növbədənkənar seçkilərin monitorinqini aparırdım. Seçki məntəqələrində əhalinin müxtəlif təbəqələri ilə söhbətdə əsas məqamlarından biri də onların İmam Rzaya olan sevgisi idi. Sonda seçkinin Azərbaycan Konstitusiyasının və seçki qanununun tələblərinə, eləcə də ölkənin qəbul etdiyi beynəlxalq öhdəliklərə uyğunluğu Şanxay Əməkdaşlıq Təşkilatının Müşahidə Şurası tərəfindən təsdiqlənib və beləliklə Azərbaycan parlamentinin 7-ci çağırışı tezliklə fəaliyyətə başlayacaq”.
Qeyd edək ki, Əli Xəzərian İran parlamentinin üzvü Yaqub Rzazadə ilə Bakıya səfər edib.