İran Nikaraquaya COVID-19-a qarşı peyvənd tədarük edəcək

Nikaraqua İranın “Barkat” COVID-19 peyvəndinin tədarükünə dair
müqavilə imzalayıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki,” Barkat
Pharmaceutical Group”-un Direktorlar Şurasının sədri Həmid Reza
Cəmşidi qeyd edib ki, peyvəndin istehsal həcmi İranın tələbatını
tam ödəyir və artıq xarici ölkələrə tədarükə icazə verir.

“Peyvəndi müxtəlif ölkələrdə qeydiyyata almaq üçün təyinat
ölkələrinin Səhiyyə Nazirlikləri müvafiq sertifikatları təsdiq
etməli və lazım gəldikdə laboratoriyalarımıza baş çəkməlidir.
Nikaraqua ilə biz bu mərhələni keçmişik və müqavilə imzalayırıq.
Bundan əlavə olaraq, 5 ölkə ilə danışıqlar aparırıq”, – Həmid Reza
Cəmşidi vurğulayıb.

Teqlər: