İran: Nəsrullah zarafatı xoşlamır, ciddi deyir…

İran: Nəsrullah zarafatı xoşlamır, ciddi deyir…

İran Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın İsrailə xəbərdarlığını vaxtında və ciddi hesab edir.

AzerTimes xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.

“Həsən Nəsrullah çox vaxtında xəbərdarlıq edib. Nəsrullahın xəbərdarlığı ciddidir və o, heç kimlə zarafat etmir”, – Meşkini bildirib.

Qeyd edək ki, ötən gün Həsən Nəsrullah çıxışında İsrailə qarşı hərbi əməliyyatların Yaxın Şərq regionunda genişmiqyaslı müharibəyə çevrilə biləcəyini deyib.

Teqlər: