İran neft hasilatını artırır

İran neft hasilatını artırır

İran 2023-cü ilin mart ayına qədər neft hasilatını gündəlik olaraq 200 min barrel artırmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin baş icraçı direktoru Möhsün Xocastemer deyib.

O qeyd edib ki, bu artım cari təqvim ilinin sonunadək İranın hasilat gücünün sutkada dörd milyon barreldən çox olmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, hazırda İranın hasilat gücü sutkada 3,838 milyon barreldir.

Hocastemer həmçinin ölkənin bu əmtəənin ixracını genişləndirməyə və beynəlxalq bazarlara maksimum imkanlarla qayıtmağa hazır olduğunu vurğulayıb.

Teqlər: