İran müvəqqəti olaraq BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib

Venesuela, İran, Sudan və bir sıra digər ölkələrin nümayəndə heyətləri borclarına görə BMT Baş Assambleyasında səsvermə hüquqlarını müvəqqəti itiriblər.

AzerTimes-ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin Baş Assambleyanın 76-cı sessiyasının sədri Abdulla Şahidə göndərdiyi məktubda deyilir.

Məktubda həmçinin Antiqua və Barbuda, Vanuatu, Qvineya, Komor adaları, Konqo, Papua – Yeni Qvineya, San-Tome və Prinsipi, Somalinin adları qeyd edilib.


Bununla belə, Baş Assambleya ödənişin gecikdirilməsinin üzv-ölkədən asılı olmayan hallara görə baş verdiyini qəbul edərsə, səsverməyə icazə verə bilər. Beləliklə, Komor adaları, San-Tome və Prinsipi, həmçinin Somaliyə 76-cı sessiyanın səsverməsində iştirak etmək hüququ verilib.

Səsvermə hüquqlarını bərpa etmək üçün Venesuela 39,8 milyon dollar, İran 18,4 milyon dollar, Sudan 299 min dollar, Vanuatu isə 194 dollar ödəməlidir.