Suriyada səfərdə olan İranın müdafiə naziri Əziz Nəsirzadə Prezdent Bəşər Əsədlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Suriya prezidentinin dəftərxanasından məlumat verilib.
“Prezident Bəşər Əsəd İran müdafiə naziri Əziz Nəsirzadəni və nümayəndə heyətini qəbul edib. Tərəflər regionda müdafiə və təhlükəsizlik, terrorizmlə mübarizədə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edib”, – məlumatda qeyd olunub.