Güney Azərbaycanın Zəncan əyalətinin Xudabəndə şəhərindən olan tanınmış idmançı və İran milli taekvando komandasının üzvü Əkrəm Xudabəndəli milli komandadan ayrılıb.
AzerTimes xəbər verir ki, bu barədə idmançı sosial media hesabında məlumat yayıb.
İran qadın taekvandoçuları arasında ən güclü idmançılardan sayılan Əkrəm Xudabəndəli 12 illik idman fəaliyyətindən sonra İran milli yığmasını tərk etmək qərarına gəldiyini yazıb.
O, dəfələrlə Asiya və dünya çempionatlarına qatılıb, qızıl və gümüş medallar qazanıb.
Qeyd edək ki, İranda repressiyalara etiraz əlaməti olaraq bir çox tanınmış idmançı, sənət adamı və aparıcı istefa verib.