İran hakimiyyəti Qətərdə keçirilən dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra həbsxanalardan 715 məhbusu azad edib.
AzerTimes xəbər verir ki, bu qərarı İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei imzalayıb.
Qeyd edilir ki, İranın məhkəmə sisteminin rəhbəri iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirib.
Xatırladaq ki, İran millisi Uels komandasına 2:0 hesabı ilə qalib gəlib. Bu, iranlıların dünya çempionatı oyunlarında iştirak tarixində üçüncü qələbəsidir.