İran mediası: Fars dili sıxışdırılır

İran mediası: Fars dili sıxışdırılır

Taliban hökuməti Əfqanıstanda fars dilini sıxışdıraraq, bu dildən istifadəyə məhdudiyyətlər qoyub.

AzerTimes xəbər verir ki, bu barədə İranın “Xorasan” qəzeti məlumat yayıb.

Qəzet iddianı “Əfqanıstanda fars dilinə qarşı mədəni terrorizm” başlığı altında dərc edib.

Bu xəbər İranda yaşayan qeyri-fars xalqların nümayəndələrinin sərt reaksiyasına səbəb olub. Onlar hakimiyyətin İranda qeyri-fars dillərə qarşı siyasətini xatırladaraq, öz ölkəsində mədəni terrorizmlə məşğul olan bir sistemin qonşu ölkəyə irad bildirməsini “həyasızlıq” adlandırıblar.

Teqlər: