İran mediası elan etdi: Pezeşkian liderdir!

İran mediası elan etdi: Pezeşkian liderdir!

İslahatçılar düşərgəsinə mənsub olan keçmiş səhiyyə naziri Məsud Pezeşkian İran prezidentliyinə 6 namizəd arasında liderdir.

AzerTimes “Tasnim”ə istinadla xəbər verir ki, bu, İranın “Mellat”, İSPA və “Şenaxt” analitik mərkəzlərinin keçirdiyi sorğuların nəticələrinə əsasən məlum olub.

Qeyd edək ki, 70 yaşlı Məsud Pezeşkian Soyuqbulaq (Mahabad) şəhərində azərbaycanlı ailəsində anadan olub. Seçkiqabağı təşviqat zamanı o, azərbaycanlı olması ilə fəxr etdiyini bildirib. O, bir neçə gün əvvəl Tehran vilayətinin Vəramin rayonunda çıxışı zamanı “Yaşasın Azərbaycan” şüarını səsləndirib.

Teqlər: