İran MAQATE ilə danışıqlara başlayır

İran MAQATE ilə danışıqlara başlayır

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə müzakirələri davam etdirmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat verib.

Məlumata görə, Tehran və MAQATE Fordodakı nüvə obyektində 83,7% – ə qədər zənginləşdirilmiş uran hissəciklərinin mənşəyi məsələsini tam aydınlaşdırmaq üçün texniki müzakirələrə başlayıblar.

İran həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlama və monitorinq fəaliyyətlərini həyata keçirməsinə icazə vermək niyyətindədir.

Bu məsələ ilə bağlı texniki görüş yaxın vaxtlarda Tehranda keçiriləcək.

Teqlər: