İran körfəzində neft tankeri ələ keçirildi

İran körfəzində neft tankeri ələ keçirildi

11 milyon litr yanacaq daşıyan xarici tanker İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən İran körfəzi sularında ələ keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.

Hörmüzqan vilayətinin Ədliyyə İdarəsinin rəisi bildirib ki, gəminin ələ keçirilməsi bir aylıq texniki və kəşfiyyat işlərinin nəticəsidir.

Gəminin yükünün dəyəri 220 milyard tümən məbləğində qiymətləndirilir.

Hörmüzqan vilayətinin Baş prokuroru Müctəba Qəhrəmani neft tankerinin kapitanı və ekipajının həbs edildiyini bildirib. Həmçinin qeyd edib ki, tankerə yanacaq verən gəmilər barəsində də araşdırma aparılır.

Hələlik gəminin hansı ölkəyə məxsus olması və təyinatı haqqında dəqiq məlumat yoxdur.

Teqlər: