İsrail mediası rəsmi Təl-Əvivin məqsədlərinə çata bilməməsinə, xüsusən də Yəhya Sinvarın hədəf alınsa belə, hücum üçün cəsarətsizliyinə bəraət qazandırır.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
“İsrailin bu iddiasının əsas səbəbi müharibənin bəyan edilmiş məqsədlərindən biri olan HƏMAS liderlərinin aradan götürülməsi planının yerinə yetirilməməsinə haqq qazandırmaqdır. Bu liderlər siyahısının başında isə Yəhya Sinvar dayanır”, – məlumatda bildirilib.
Qeyd edək ki, İsrail ordusu HƏMAS təşkilatının hərbi lideri Yəhya Sinvarın Qəzza zolağında gizləndiyi yeri müəyyən edildiyini, lakin girovlardan canlı qalxan kimi istifadə edildiyi üçün hücuma keçmədiklərini bildirib.