İran kəşfiyyatı: Rəisinin ölümündən sonra…

İran kəşfiyyatı: Rəisinin ölümündən sonra…

İranın Kəşfiyyat Nazirliyi ölkə prezidenti İbrahim Rəisinin ölümündən sonra iyulun 5-dək terrorçularla birbaşa qarşıdurmaya keçdiyini və onlara 79 ölümcül zərbə vurduğunu bildirib.

AzerTimes xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Təkcə mayın 21-dən iyulun 5-dək olan müddətdə nazirliyin Terrorla Mübarizə İdarəsi tərəfindən çoxlu sayda dəstə aşkar edilərək məhv edilib, 79 birbaşa qarşıdurma faktı müəyyən edilib, onlarla terrorçu ünsür və onların əlaltıları həbs edilib, 560 hərbi silah, 41 min 895 patron, 9 bomba və çoxlu sayda partlayıcı və bomba ələ keçirilib.

Terror əməliyyatları üçün prioritet coğrafi ərazilər əsasən Tehran, Əlburz, Qəzvin, Rəzəvi Xorasan, Fars, Sistan, Bəlucistan, Hörmüzqan və Buşəhr əyalətləri olub. Bir sıra terrorçu ünsürlər ölkəyə girməzdən əvvəl və şərq sərhədində hazırlanmış pusqularda ələ keçirilib və ya atışmalarda öldürülüb. İraq Kürdüstanında yerləşən separatçı qruplar da vəziyyətdən öz məqsədləri üçün kobud şəkildə istifadə ediblər”,- məlumatda deyilir.

Teqlər: