İran karikaturalara görə Fransaya qarşı bu addımı atacaq

İran karikaturalara görə Fransaya qarşı bu addımı atacaq

İran Xarici İşlər Nazirliyi Fransanın “Şarl Hebdo” jurnalının karikaturalarını dərc etməsinə cavab olaraq ölkədəki Fransa Araşdırma İnstitutunu bağlayacağını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Təəssüf ki, uzun illərdir ki, “ifadə azadlığı” nəcib məfhumundan mədəniyyətə zidd hərəkətlərə pərdə kimi istifadə edən və insanı, insan ləyaqətini, yüksək mənəviyyatını ləkələyən fransız jurnalının anti-insani hərəkətləri və dini dəyərlər, bu cür hərəkətlərin davamıdır, o cümlədən əvvəlki illərdə Peyğəmbər (s) haqqında təhqiramiz karikaturaların dərc edilməsi bütün dünya müsəlmanlarının qəzəbinə və etirazına səbəb olur”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Fransanın “Şarl Hebdo” jurnalında karikaturalar dərc edildikdən sonra İran Xarici İşlər Nazirliyi bunu pisləyib, Fransa nəşrini əxlaq normalarını, dini ziyarətgahları, siyasi və dini hakimiyyətin nüfuzunu pozmaqda, suverenlik və milli rəmzləri təhqir etməkdə ittiham edib.

Teqlər: