İran kanalları Həmid Herisçini təhqir etdi

İran kanalları Həmid Herisçini təhqir etdi

Azərbaycanda axtarışda olduqları üçün İrana və SEPAH-a sığınan “Hüseyniyyun” qruplaşmasının sosial media kanallarında yazıçı-juralist Həmid Herisçinin AzTV-dən ayrılması müzakirə mövzularından birinə çevrilib.

AzerTimes xəbər verir ki, qeyd olunan sosial media kanallarında Herisçi pantürkizmə və azərbaycançılığa qulluq edən “tullantı” və “saxtakar” adlandırılıb.

Həmid Herisçinin İran əsilli (Cənubi Azərbaycandan – red.) olduğunu qabardan sosial media kanalları Azərbaycan Demokrat Firqəsinin üzvlərini və sonradan Azərbaycan Respublikasına köçən güneyliləri təhqir edib, onların saxtakar fəaliyyətlərə cəlb edildiklərini, ardınca bir kənara atıldıqlarını yazıb.

“Herisçi bu laqeyd münasibətlərə görə dəfələrlə İrana qayıtmaq istədiyini, Nizami, Xaqani, Füzuli və Şəhriyar kimi əsərlərini farsca yazmaq və İranda yaşamaq istədiyini elan edib”, – deyə iddia edilib.

Qeyd edək ki, Həmid Herisçi ötən həftə AzTV ilə yollarını ayırdığını elan etmişdi.

Teqlər: