İran İsveçə səfir göndərməkdən imtina etdi

İran İsveçə səfir göndərməkdən imtina etdi

İsveçdə bu yaxınlarda Quranın yandırılmasından sonra İran yeni səfiri Höcətullah Foqaninin Stokholma göndərilməsi prosesini dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da bazar günü təsdiqləyib ki, Tehran Qurani-Kərimi təhqir etdiyinə görə İsveçə yeni səfir göndərməyəcək.

Teqlər: