İran İsveç vətəndaşını casusluq ittihamı ilə həbs etdi

İran İsveç vətəndaşını casusluq ittihamı ilə həbs etdi

İranda İsveç vətəndaşı casusluq ittihamı ilə həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, adı açıqlanmayan həmin şəxs daha əvvəl İrana səfəri zamanı şübhəli davranışı və əlaqələrinə görə Kəşfiyyat Nazirliyinin casusluqda şübhəli bilinən şəxslərin siyahısına daxil edilib:

“İsveç vətəndaşı həmin səfərləri zamanı İranda nəzarət altında olan şübhəli avropalı və qeyri-avropalılarla görüşlər keçirib”.

Qeyd edək ki, iyulun 14-də İsveç məhkəməsi İran əsilli keçmiş prokuror köməkçisi Həmid Nuri barəsində ömürlük həbs qərarı çıxarıb. İsveç vətəndaşının casusluq ittihamı ilə həbsi bununla əlaqələndirilir.

Teqlər: