İran İsraili qıcıqlandırmamaq üçün bu şəhəri vura bilər

İran İsraili qıcıqlandırmamaq üçün bu şəhəri vura bilər

İran İsrail vətəndaşları arasında itkilərin qarşısını almaq üçün Hayfa yaxınlığındakı infrastruktura zərbələr endirə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, mülki itkilər İsrailin kəskin reaksiyasına səbəb ola bilər.

“Daha böyük zərbə, ehtimal ki, İsrailin nüvə reaktoru və hərbi obyektlərini əhatə edə bilər”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin 31 iyulda Tehranda qətlə yetirilməsinin qisasını almaq üçün Tehranın İsrailə zərbə endirəcəyi gözlənilir.

Teqlər: