İran təcavüzkara necə reaksiya verəcəyinə və cəzalandırılacağına özü qərar verəcək.
AzerTimes xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumuna reaksiyasında deyib.
Kənani hücumu beynəlxalq qanunların kobud şəkildə pozulması adlandırıb:
“Bu hərəkət beynəlxalq ictimaiyyət tərəfindən ən sərt şəkildə pislənilməli və təcavüzkara qarşı tədbirlər görülməlidir”.
O vurğulayıb ki, hücum və onun nəticələrinə görə məsuliyyət təcavüzkar İsrail rejiminin üzərinə düşür.
Qeyd edək ki, İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb, həmçinin iranlı diplomatlarında öldüyü bildirilir.