İranın paytaxtı Tehran şəhərinin meydanlarında reklam lövhələrində İsraili təhdid bannerləri quraşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası və SEPAH-a bağlı sosial media kanalları məlumat yayıblar.
“Fəttah” raketlərinin təsviri olan reklam lövhələrində onların üzərində fars, ərəb və ivrit dillərində “Təl-Əvivə 400 saniyə” sözləri yazılıb.
Qeyd edək ki, İran “Fəttah” adlı ilk hipersəs raketini bir neçə gün öncə sınaqdan keçirib.