İran İsrailə yüksək effektivli döyüş başlıqları olan raketlərdən istifadə də daxil olmaqla, kompleks hücum planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ərəb və iranlı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu potensial hücuma İran ordusu da cəlb olunacaq.
“Ordumuz itki verib, ona görə də cavab vermək lazımdır”, – iranlı məmur bildirib.
Məmurun sözlərinə görə, İsrail hədəflərinə bu dəfə ediləcək hücum daha güclü olacaq.
O, hücumun ABŞ-dakı prezident seçkilərindən sonra, yeni seçilmiş prezidentin andiçmə mərasiminə kimi baş tutacağını iddia edib.
Qeyd edək ki, İsrailin İrana 26 oktyabrda endirdiyi raket zərbələri zamanı rəsmi məlumata görə, 4 İran əsgəri həlak olmuşdu.