İran İsrailə hücum edə bilmir, Ərbili vurur – Hüseyn

İran İsrailə hücum edə bilmir, Ərbili vurur – Hüseyn

İran İsrailə hücum etmək istəmir və ya edə bilmir. Buna görə də ətrafda qurbanlar axtarır və nəticədə Ərbilə hücum edir.

AzerTimes xəbər verir ki, bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn CNN-ə müsahibəsində deyib.

Hüseynin sözlərinə görə, Ərbildə MOSSAD-a bağlı heç bir mərkəz yoxdur:

“İranın bu hücumu beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət ediləcək. İraqlılar İranın İsraillə gərginliyinin əvəzinii ödəyir”.

Qeyd edək ki, İranın Ərbil şəhərinə raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər yaralanıb. SEPAH sözügedən hücumun SEPAH komandirlərinin öldürülməsinə cavab olduğunu və bu hücumlar nəticəsində İsrailin casus qərargahlarından birinin məhv edildiyini bildirib.

Teqlər: