Bu gün İranın İsraildən qisas alacağı gözlənilir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Teleqram kanalında yazıb.
Politoloq fikrini bununla əsaslandırıb ki, Ramazan ayının son cüməsi İranın fələstinlilərlə həmrəylik günü – Qüds günüdür.
O qeyd edib ki, bütün İsrail əsgərləri, xəstəxanalar və səlahiyyətlilər bu gün xüsusi vəziyyətə gətirilib.