İran İsrail ordusunun hücumuna cavab verməyəcək

İran İsrail ordusunun hücumuna cavab verməyəcək

Tehran üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirib.

AzerTimes TASS-a istinadla xəbər verir ki, bu barədə “Skay Nyus Arabia” telekanalındakı mənbə məlumat verib.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu oktyabrın 26-da İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib. Oktyabrın 1-də İran HƏMAS hərəkatı, Livanın “Hizbullah” təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib.

Teqlər: