İran İrəvanı yox, Bakını seçəcək – Baqdasaryan

İran İrəvanı yox, Bakını seçəcək – Baqdasaryan

İran ətrafında dairə sıxlaşarsa və Tehran seçim qarşısında qalarsa, böyük ehtimalla kiçik maraqlarını, yəni Ermənistanla sərhədləri qurban versə belə, Türkiyə və Azərbaycanla münasibətlərini tənzimləməyə üstünlük verəcək.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.

“Bu, baş verə bilər və bunu istisna etmək olmaz. Qərb buradakı yollara nəzarət edərsə və ya Ermənistan qərbyönümlü bir ölkəyə çevrilərsə, əlbəttə ki, İran bu ərazilərin Qərbin deyil, Rusiyanın nəzarətində olmasını istəyər. Düşünürəm ki, bir neçə səbəbə görə Ukrayna ssenarisi ilə Ermənistanda baş verənləri müqayisə etməyin mənası yoxdur. Birincisi, bizdə Ukraynanın resursları yoxdur, ikincisi, eyni yolla getməyin məntiqi yoxdur, üçüncüsü, Ukrayna Avropadadır, bizi Türkiyə, Rusiya, İran əhatə edir. Qərbin bizim regiona birbaşa çıxışı yoxdur və əgər varsa, çətin ki, bizə mərc etmək istəsin, bu olsa belə, geosiyasi oyunlarda Qərbin top yeminə çevrilmək istəmərik”, – o bildirib.

Teqlər: