İran İrəvandakı bu tarixi abidəmizi mənimsəyir – Foto

İran İrəvandakı bu tarixi abidəmizi mənimsəyir – Foto

İran İrəvanda Azərbaycanın tarixi-memarlıq abidəsi olan Göy məscidi özünküləşdirir.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanda yaşayan iranlılara məxsus Teleqram kanalında məlumat verilib. Bildirilir ki, Göy Məscidi İranın incəsənət abidəsidir.

Qeyd edək ki, Göy məscid İrəvanda azərbaycanlılara məxsus tarixi abidədir. Belə ki, bu məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Çar Rusiyası dövründə İrəvanda azərbaycanıların ibadət etdikləri 8 məsciddən biri olub.

Ermənilər artıq illərdir ki, Azərbaycanın tarixi memarlıq abidəsini İranın mədəniyyət nümunəsi “fars məscidi” kimi qələmə verirlər. Təbii ki, belə yanaşma molla rejimi ilə Ermənistan hakimiyyətinin birgə planıdır. Onlar bu təbliğatla Ermənistanda türk izini silməyə çalışırlar.

Teqlər: