İran ordusu İraqın Kürdüstan vilayətinə raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə İNA agentliyi məlumat yayıb.
Məlumata görə, raket zərbələri Ərbil və Süleymaniyyədə yerləşən kürd partiyalarının mənzil-qərargahlarına endirilib.
“Şəfəq Nyus” isə yazıb ki, İran ordusu Bahirka şəhərində yerləşən qaçqın düşərgələrini də atəşə tutub. Nəticədə ölənlərin olduğu deyilib.
Ərbildəki ABŞ konsulluğunun binasında hava həyəcanı siqnalı işə salınıb.