İran Ərbil şəhərinə raket hücumuna görə İraqdan üzr istəməlidir.
AzerTimes xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn xarici mediaya müsahibəsində deyib.
Nazir Tehranın hücumla bağlı qeyri-müəyyən izahat verdiyini qeyd edib:
“Düzünü axtarsanız, İran tərəfi məsələ ilə bağlı nə dediyini özü də bilmirdi”.
Xarırladaq ki, yanvarın 16-da İranın Ərbil şəhərinə raket hücumu nəticəsində 5 mülki şəxs ölüb, 6 nəfər isə yaralanıb.