İranın iki həftədən az müddətdə nüvə qurğusu yaratmaq üçün kifayət qədər resursu var.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“İranın yaxın vaxtlarda nüvə silahı proqramını həyata keçirəcəyi güman edilmir, lakin Tehran rejimi nüvə silahına ehtiyacı olduğuna qərar verərsə, nüvə qurğusunun yaradılması iki həftədən çox çəkməyəcək”, – məlumatda deyilib.