
İqtisadi problemlərin əsas səbəbi ABŞ-ın qeyri-qanuni sanksiyalarıdır və bu addımlar beynəlxalq hüquqa ziddir.
AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda ABŞ-ın İranla bağlı açıqlaması qətiyyətlə pislənilib və bu mövqeyin İranın daxili işlərinə qarışmaq, ölkədə iğtişaş və qeyri-sabitlik yaratmaq məqsədi daşıdığı vurğulanıb:
“İran xalqı müstəqilliyini və milli suverenliyini qorumaqda qərarlıdır və xarici təzyiqlərə qarşı mövqeyini dəyişdirməyəcək”.

