İyulun 28-i Parisdə keçirilən Yay Olimpiya Oyunlarında xoşagəlməz hal qeydə alınıb.
AzerTimes xəbər verir ki, qadınlar arasında ikili qayıq yarışı başlamazdan əvvəl diktor İran idmançıları – Zeynəb Novruzi və Məhsa Cavarı təqdim edərkən onları “İsrail təmsilçisi” adlandırıb.
Bu hadisədən sonra İran Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə etiraz edib.