İran hücumlara qarşı hazırlıqlara başladı – Xəbərdarlıq

İran hücumlara qarşı hazırlıqlara başladı – Xəbərdarlıq

İranın Prezident Aparatına bağlı İnformasiya İstehsalı və Mübadiləsi Sahəsinin Təhlükəsizliyi Mərkəzi ölkənin infrastrukuruna kiberhücumlar olunacağına dair xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, xəbərdarlıqda xaricdən İran daxilində olan bir sıra əhəmiyyətli saytlara girişin qarşısının alınması tapşırılıb.

Bildirişdə, həmçinin, texniki, kiber və sürətli reaksiya qruplarının “7/24” hazır olmaları tələb olunur.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS silahlılarının İsrailə kütləvi hücumu ilə İsraildə müharibə başlayıb.

Teqlər: