Avtoritar dini rejimin seçkilərinə sanksiya tətbiq etmək təkcə siyasi baxımdan deyil, həm də mənəvi baxımdan İranın azadlıq və ədalət axtaranlarının borcudur.
AzerTimes xəbər verir ki, bu sözləri həbsdə olan Nobel mükafatı laureatı, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədi deyib.
Məhəmmədinin İnstaqram hesabında xalqı bu seçkiləri boykot etməyə çağıran paylaşım edilib.