İran hökuməti etirazçıları bu yolla qorxutmaq istəyir

İran hökuməti etirazçıları bu yolla qorxutmaq istəyir

Beynəlxalq insan hüquqları təşkilatları İranda etirazçıları qorxutmaq üçün ölüm hökmündən istifadədən şübhələnirlər.

AzerTimes xəbər verir ki, bu barədə “Express” nəşrində bildirilib.

“Bu insanlar heç bir qanuni proses və ya ədalətli mühakimə olmadan, İnqilab Məhkəməsinin qapalı qapıları arxasında edam cəzasına məhkum ediliblər, onların hökmləri heç bir hüquqi qüvvəyə malik olmayıb. Bu edamlar cəmiyyətdə qorxu yaratmaq, ictimaiyyətin diqqətini İran kəşfiyyatının uğursuzluqlardan yayındırmaq məqsədilə həyata keçirilir”, – “Human Rights”ın İran şöbəsinin rəhbəri Mahmud Əmiri-Müqəddam qeyd edib.

İnsan hüquqları təşkilatlarının məlumatına görə, cari ildə sözügedən ölkədə 500-dən çox insan edam edilib.

Teqlər: