İran hicaba görə bu şəhərdə onlarla iş yerini bağladı

İran hicaba görə bu şəhərdə onlarla iş yerini bağladı

İranın Mərkəzi əyalətinin Ərak şəhərində məcburi hicab və orucluq ayı qaydalarına riayət etmədiklərinə görə 41 iş yerinin lisenziyası ləğv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Mərkəzi əyalətinin polis idarəsinin nümayəndəsi Mehdi Təqəviniya məlumat verib.

Qeyd edək ki, son iki həftədə İranda məcburi hicab qaydalarına riayət edilməməsi, orucluq ayında müştərilərə xidmət göstərilməsi, musiqi səsləndirilməsi və digər səbəblərə görə 1000-dən çox iş yerinin fəaliyyəti qadağan edilib.

Teqlər: