İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Xəbər - Elnur Bağışov – Trend

İran Səfirliyi Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

AzerTimes-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı Səfirliyinin Twitter səhifəsində paylaşılıb.

Paylaşımda bildirilir ki, İran İslam Respublikası Səfirliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması və bir neçə nəfərin şəhid olması ilə bağlı dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir.

Teqlər: