İran hökuməti prezident İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarışı ilə bağlı ABŞ-dan kömək istəyib.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
O, yardım göstərə bilmədiklərini etiraf edib:
“İran hökuməti bizdən kömək istədi və biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Mən detallara varmayacağam. Əsasən maddi-texniki səbəblərə görə yardım göstərə bilmədik”.