Dekabrın 25-i İsrailin Suriyaya hava hücumu nəticəsində SEPAH generalı Rza Musəvinin öldürülməsindən və İran hökumətinin təhdidlərindən sonra İsrail ordusu ehtiyat tədbirləri görüb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ mediası İsraildəki mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu İranın Suriya və Livandan ehtimal edilən raket hücumlarına görə hazır vəziyyətə gətirilib.